Wikipedia

Arama sonuçları

9 Ağustos 2015 Pazar

Xəmsə sualları #2

Sabiq paytaxtlar..          

1. Tarixə inansaq, bu şəhər ABŞ-ın ilk paytaxtıdır ( Filadelfiya )
2. Meydzi restavrasiyasına qədər Yaponiyanın paytaxtı məhz bu şəhər idi (Kioto )
3. Jan Kalvin, Jan Jak Russo, Anri Dünan kimi şəxsiyyətlərin həyatı  məhz bu
     keçmiş paytaxt şəhəri ilə bağlı olmuşdur.. ( Cenevrə )
4. Bu şəhər təqribən 3 ay XX əsrdə Azərbaycanın paytaxtı olmuşdur. ( Gəncə)
5. 1934-cü ilə kimi Ukrayna SSR-in paytaxtı olan bu şəhər fərziyyələrdən birinə
     görə türk dillərində "qara çay sahili” və ya "qar çayı” mənalarını verir.
     ( Xarkov )




                                       Polisim məni qoruyur..

1. Polis sözü yunancadan məhz belə tərcümə olunur ( şəhər, dövlət )
2. Texas şatatında ilk belə bölmələr 1823-cü ildə Stiven Ostin tərəfindən təşkil
     edilmişdir.. ( Texas reyncerləri )
3. "Geheime Staatspolizei" qısaca belə adlanır ( Gestapo )
4. Böyük Britaniya, ABŞ, Kanada, Yeni Zellandiya ingilisdilli ölkələrdə kiçik polis çini olan bu vəzifə latıncadan "mehtərlərin rəisi” mənasını verir ( konstebl)
5. Con Lennon məhz bundan ilhamlanaraq "Men Morc" mahnısını yazmışdır..
      ( polis maşınlarının sirenasından )




                                             "ma” hissəciyi

1. Yunancadan tərcümədə bu söz "ilahi vergi” mənasını verir ( xarizma )
2. Bi  italyan klubu ev oyunlarını "Enno Tardini” stadionunda keçirir.. ( Parma)
3. XX əsrin 30-40-cı illərində Kramer təxəllüsü ilə yazılan bir sıra əsərlər də bu
     yazıçının təxəyyülünün məhsuludur ( E.M.Remark )
4. Koreya, Vyetnam və təbii ki Çində yüksək dövlət məmurlarına verilən bu ad
     portuqalcadan "nazir” mənasını verir ( mandarin )
5. Tarixdə nigahın ləğvi ilə deyil, əksinə bağlanması haqqında verilmiş yeganə
     məhkəmə qərarı ilə bu alman bəstəkarı ailə həyatı qurmuşdur ( Robert Şuman )






                                           Fantastik mövzu

1. 1964-cü il istehsalı olan bu Azərbaycan filmində illuzionist Anatoli Falkovun  
     köməyilə keçmiş və gələcək  uşaqların gözü ilə təsvir olunur ( Sehirli xalat)
2. Fantastik kino həvəskarları araslnda populyar olan bu mükafat 1972-ci ildən
     etibarən təqdim olunur.. ( Saturn )
3. Bu sovet fantastı "Ariel”, "Amfibiya adam” və s kimi məşhur əsərlərin müəlli-
     fidir ( Aleksadr Belyayev )
4. Yəhudi əsilli bu amerika ədibi Artur Klark və Robert Haynlaynla birgə
     yazıçı-fantastların "böyük üçlüyü”nü əmələ gətirir ( Ayzek Azimov )
5. İnsanın texnikanın köməyilə zamanda səyahət etməsi ideyası ilk dəfə məhz bu
     yazıçının təxəyyülünün məhsulu olmuşdur.. ( Herbert Uells )
   

                                         Tərcümədə..

1. İspancadan bu abbreviatura belə səslənir ( "objeto volador noindentifikado”
    ( UNO )
2. XIX əsrdə rus tərcümələrində bu əsər belə adlanırdı "İvanqoe” ( "Ayvenqo” )
3. Latınca o belə adlanardı: Mikael Muskulus ( Mikki Maus )
4. Avstraliya aborigenlərinin dilində 1 ədədi enea, 2 ədədi petçeval adlanır.
    Bəs 5 ədədi? ( petçeval petçeval enea )
5. Quarani dilində bu canlının adı  "balıq” və "diş” sözlərinin birləşməsindən
     yaranmışdır ( Piraniya )

                                Həndəsi mövzu

1. Onun meydana gəlməsini Jorj Brak və Pablo Pikasso ilə bağlayırlar
     ( kubizm )
2. Oval kabinet bu evdə yerləşir ( Ağ evdə )
3. Xiromantiya məhz bunlar əsasında insan taleyini öyrənir
     ( əl içi xəttləri )
4. Bu geyim atributunundan çox istifadə edən A.Linkoln onun içində
     məktublarını, maliyyə kağızlarını və qanun layihələrini də saxlayardı
     ( silindr )
5. Atlantik okeanında olan Bermud üçbucağının Sakit okeandakı
     analoqu belə adlanır ( Şeytan üçbucağı )

             





         Kim 10-a kimi saya bilir???  

1. Onun tərkibinə Almaniya, Kanada, Fransa, B.Britaniya, İtaliya, ABŞ,
    Yaponiya və Rusiya daxildir ( Böyük səkkizlik )
2. Rəvayətə görə Roma papası II Sikstin əlində bu sayda barmağı var idi
    ( altı )
3. Məşhur sinoloq Cozef Nidem kitab çapı, kağız, kompas və bunu
    4 Böyük Çin kəşfinə aid etmişdir ( barıt )
4. Banisi bu dövlətin 1000 il yaşayacağını elan etmişdi ( III Reyx )
5. İsa peyğəmbər çarmıxa çəkiləndə bu sayda yara almışdı ( beş )
                               
                                    Qarlı mövzu

1. Onların qardan düzəldilmiş evləri iqlu adlanır ( eskimosların )
2. Azərbaycan kinotənqidçiləri arasında "Əsli kişi filmi” kimi tanınan
    bu film Fərman Kərimzadənin bu romanı əsasında çəkilmişdir..
    (  "Qarlı aşırım” )
3. 1000 ilə qədər yaşı olan belə təbii obyektər göy rəngdə olur
     ( Aysberq )
4. Təbiətdəki buzlar haqqında elm belə adlanır ( Qlyasiologiya )
5. Bədii ədəbiyyatda o "qarlar ölkəsi” kimi də tanınır ( Tibet )

                                  Rəngli mövzu  

1. Kölgə iqtisadiyyatına aid olan bu termin qeyri leqal şəkildə əmtəə-pul
    mübadiləsini nəzərdə tutur ( qara bazar )
2. 1930 – 1945-ci illərdə Münhendəki "Qəhvəyi bina” bu partiyanın
     mənzil-qərargahı idi ( nasional-sosialist )
3. Be terminlə rəsmi olaraq vəzifə tutmayan, ama ölkəni idarə edən
     insanları adlandırılar ( boz kardinal )
4. Məhz bu cür səhiyyə müəssisələrini "sarı ev” də adlandırırlar.
    ( dəlixanaları, psixiatriya evlərini )
5. Faşist düşərgələrində çəhrayı üçbucaq içərəsilə bu tip dustaqlar bil-
    dirilirdi  ( homoseksualistlər üçün )

13 yorum:

  1. , Haqqınızı halal edin. Sualları eyni ilə bloqumda paylaşacam. Müəllifolaraq da sizin bloqu göstərəcəm.

    YanıtlaSil
  2. Yeni su allar 2019-un yoxdu? Xahiş varsa paylaşin

    YanıtlaSil
  3. Bu suallar deqiq dusecek

    YanıtlaSil
  4. Bunlar doncu sinif xemselerinde duse biler

    YanıtlaSil
  5. Suallari bir yerde cavablari bir yerde paylassaydiz daha yaxsi olardi

    YanıtlaSil
  6. Cavablarını sonradan paylaşsanız yaxşı olar.

    YanıtlaSil
  7. Yaxşı bir etibarlı kredit şirkətinin mənim üçün etdiyi işlər barədə ifadələrimi bölüşmək üçün buradayam. Adım Nikita Tanya, rus dilindəyəm və 3 uşağın sevimli bir anasıyam. Mənə və övladlarım üçün bu qədər çətin olan bir kredit almaq istəyində pulumu itirdim, kredit istəməyə onlayn müraciət etdim. Bu yaxınlarda çox dürüst bir adam cənab Benjamindən bir kredit götürən bu dostumla tanış olduğum günə qədər itirdim. 5 iş günü ərzində kredit almağımda kömək edən bu vicdanlı kredit mütəxəssisi cənab Benjaminlə tanış etdi. Yenidən ayağa qalxmağımda kömək etdiyim üçün cənab Benjaminə sonsuz minnətdaram. E-poçt vasitəsilə cənab Benjaminlə əlaqə saxlaya bilərsiniz: Lfdsloans@outlook.com onlar mənim bunu etdiyimi bilmirlər, ancaq bunu etmək məcburiyyətindəyəm, çünki kredit yardımına ehtiyacı olan çox sayda insan var. bu vicdanlı insana və siz də xilas ola bilərsiniz .WatsApp: (+ 1 989-394-3740)

    YanıtlaSil